Azərbaycan Zimbabvedən limon və laym idxal etməyə başlayıb
- 11 oktyabr, 2023
- 11:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 11,3 milyon ABŞ dolları dəyərində 13 min 277 ton limon və laym (təzə və ya qurudulmuş) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13,3 %, kəmiyyət olaraq – 7 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 8,11 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % azdır) 10 min 768 ton (-3 %), Cənubi Afrikadan 3 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 2 min 410 ton (+2,3 dəfə), Zimbabvedən 73,1 min ABŞ dolları dəyərində 58,45 ton, Braziliyadan 72 min ABŞ dolları dəyərində (-6 %) 38,72 ton (-19 %), Kolumbiyadan 1,78 min ABŞ dolları dəyərində (-16 %) 0,96 ton (-10 %) məhsul alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Zimbabvedən tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (10 ölkədən) idxal edilmiş 19 min ton limon və laymın 86 %-i Türkiyənin, 12,57 %-i CAR-ın payına düşüb.