Azərbaycan Zambiyadan gül idxalını bərpa edib
- 14 aprel, 2023
- 10:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycana xaricdən 630 min ABŞ dolları dəyərində 1 milyon 829 min ədəd gül (kəsilmiş təzə qızılgül, qərənfil, səhləbçiçəyi, xrizantema, zanbaq, qladiolus və digər) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 62,4 % çoxdur, kəmiyyət olaraq – 1,2 % azdır.
Hesabat dövründə Azərbaycan Evkadordan 335 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,6 dəfə çoxdur) 219 min ədəd (+90 %), Türkiyədən 103 min ABŞ dolları dəyərində (-9 %) 1 milyon 455 min ədəd (-11,4 %), Keniyadan 50,3 min ABŞ dolları dəyərində (+38 dəfə) 45,7 min ədəd (+104 dəfə), Kolumbiyadan 41 min ABŞ dolları dəyərində (-42 %) 32,14 min ədəd (-37 %), Niderlanddan 36,1 min ABŞ dolları dəyərində (-22 %) 12 min ədəd (-48 %) gül alıb.
Bir il 2 aylıq fasilənin ardından Azərbaycan Zambiyadan (0,14 min ABŞ dolları dəyərində 0,2 min ədəd) gül alışını bərpa edib.