Azərbaycan Yunanıstandan toster idxalını bərpa edib
- 01 iyun, 2024
- 11:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk 3 ayında Azərbaycana 253 min ABŞ dolları dəyərində 22 min 964 ədəd toster idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 27 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 233,54 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 % çoxdur) 22 min 580 ədəd (-19 %), Türkiyədən 17 min ABŞ dolları dəyərində (-84 %) 320 ədəd (-91 %), Yunanıstandan 1,57 min ABŞ dolları dəyərində 50 ədəd, Almaniyadan 0,26 min ABŞ dolları dəyərində (+13 dəfə) 13 ədəd (+6,5 dəfə) və İtaliyadan 0,26 min ABŞ dolları dəyərində (-28 %) 1 ədəd (dəyişməyib) məhsul alıb.
Azərbaycan 5 il 3 aylıq fasilənin ardından Yunanıstandan toster tədarükünü bərpa edib.