Azərbaycan Yunanıstandan sement tədarükünü bərpa edib

Biznes
  • 16 yanvar, 2024
  • 09:40
Azərbaycan Yunanıstandan sement tədarükünü bərpa edib

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 4,1 milyon ABŞ dolları dəyərində 16 min 886 ton sement idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 32 % çoxdur.

Hesabat dövründə Azərbaycan Almaniyadan 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,4 dəfə çoxdur) 2 min 783 ton (+89 %), İrandan 901 min ABŞ dolları dəyərində (+27 %) 6 min 292 ton (+10 %), Rusiyadan 860 min ABŞ dolları dəyərində (-71 %) 3 min 292 ton (-77 %), Yunanıstandan 623 min ABŞ dolları dəyərində 1 min 308 ton, Türkiyədən 589 min ABŞ dolları dəyərində (-4 %) 2 min 596 ton (-12 %) məhsul alıb.

Azərbaycan 6 il 5 aylıq fasilənin ardından Yunanıstandan sement tədarükünü bərpa edib.