Azərbaycan Yunanıstandan qəhvə idxalını bərpa edib

Biznes
  • 19 fevral, 2024
  • 06:32
Azərbaycan Yunanıstandan qəhvə idxalını bərpa edib

2023-cü ildə Azərbaycana 4,3 milyon ABŞ dolları dəyərində 481 ton qəhvə idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 19 % çoxdur.

Hesabat dövründə Azərbaycan İtaliyadan 1,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % çoxdur) 99 ton (-1 %), Braziliyadan 800 min ABŞ dolları dəyərində (+88 %) 162 ton (+2,2 dəfə), Türkiyədən 692 min ABŞ dolları dəyərində (-3 %) 75 ton (-20 %), Niderlanddan 275 min ABŞ dolları dəyərində (+55 %) 22 ton (+57 %), Rusiyadan 200 min ABŞ dolları dəyərində (-10 %) 27 ton (-10 %) məhsul alıb.

Azərbaycan 6 il 10 ayın tamamında Yunanıstandan (4 min ABŞ dolları dəyərində 0,25 ton) qəhvə tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (42 ölkədən) idxal edilmiş 405 ton qəhvənin 24,7 %-i İtaliyanın, 23 %-i Türkiyənin, 18 %-i Braziliyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti