Azərbaycan Yunanıstandan lift tədarükünü bərpa edib
- 13 avqust, 2024
- 12:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan 10,95 milyon ABŞ dolları dəyərində 1 min ədəd lift və skipli yük qaldırıcı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 43 %, kəmiyyət olaraq – 2,4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 7,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 34 % çoxdur) 745 ədəd (+2,5 dəfə), Yaponiyadan 2 milyon ABŞ dolları dəyərində 6 ədəd (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 837 min ABŞ dolları dəyərində (+44 %) 143 ədəd (+2 dəfə), Cənubi Koreyadan 218 min ABŞ dolları dəyərində (+2,4 %) 7 ədəd (dəyişməyib), Yunanıstandan 83 min ABŞ dolları dəyərində 2 ədəd məhsul alıb.
Azərbaycan 3 il 4 aylıq fasilənin ardından Yunanıstandan lift tədarükünü bərpa edib.
2023-cü ildə Azərbaycana 17 ölkədən idxal edilmiş 1 min 342 ədəd liftin 73,7 %-i Çinin payına düşüb.