Azərbaycan Yunanıstandan konservləşdirilmiş şaftalı idxalını bərpa edib
- 22 mart, 2024
- 10:15
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycana 1,3 milyon ABŞ dolları dəyərində 623 ton hazır və ya konservləşdirilmiş şaftalı idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 63 %, kəmiyyət olaraq – 60 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 495,9 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 dəfə çoxdur) 281 ton (+37 dəfə), Yunanıstandan 485 min ABŞ dolları dəyərində 196 ton, İspaniyadan 262 min ABŞ dolları dəyərində (-66 %) 107 ton (-72 %), Çindən 53 min ABŞ dolları dəyərində (+147 dəfə) 38,5 ton (+260 dəfə), Almaniyadan 0,14 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 0,04 ton (+4 dəfə) məhsul alıb.
Azərbaycan 2 il 2 aylıq fasilənin ardından Yunanıstandan tədarükü bərpa edib.