Azərbaycan Yunanıstandan ketçup tədarük etməyə başlayıb
- 07 yanvar, 2024
- 10:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 3,7 milyon ABŞ dolları dəyərində 2,4 min ton ketçup idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 15 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 1,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % azdır) 1 min ton (-7 %), Türkiyədən 915 min ABŞ dolları dəyərində (+33 %) 584 ton (+14 %), Almaniyadan 430 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 182 ton (+2,1 dəfə), Qazaxıstandan 308 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 262 ton (+97 %), Portuqaliyadan 121 min ABŞ dolları dəyərində 81,5 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yunanıstandan (3,41 min ABŞ dolları dəyərində 0,45 ton) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (22 ölkədən) idxal edilmiş 4,4 milyon ABŞ dolları dəyərində ketçupun 54 %-i Rusiyanın, 25,2 %-i Türkiyənin, 5,5 %-i Almaniyanın, 5,3 %-i Qazaxıstanın payına düşüb.