Azərbaycan Yunanıstandan kater tədarükünü bərpa edib

Biznes
  • 26 avqust, 2025
  • 12:27
Azərbaycan Yunanıstandan kater tədarükünü bərpa edib

Bu ilin I yarısında Azərbaycan 277 min ABŞ dolları dəyərində 248 ədəd qayıq və kater idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 82 %, kəmiyyət olaraq – 78 % azdır.

Hesabat dövründə Azərbaycan Meksikadan 109,3 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 4 % çox) 6 ədəd (+6 dəfə), Amerika Birləşmiş Ştatlarından 95,4 min ABŞ dolları dəyərində (+11 dəfə) 1 ədəd (-50 %), Yunanıstandan 60,9 min ABŞ dolları dəyərində 1 ədəd, Rusiyadan 4,3 min ABŞ dolları dəyərində (-95 %) 21 ədəd (-68 %), Çindən 3,45 min ABŞ dolları dəyərində (-96 %) 115 ədəd (-64 %) məhsul alıb.

Azərbaycan 10 il 3 aylıq fasilənin ardından Yunanıstandan tədarükü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti