Azərbaycan Yunanıstandan ətir tədarükünü bərpa edib

Biznes
  • 06 fevral, 2025
  • 08:50
Azərbaycan Yunanıstandan ətir tədarükünü bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 32,21 milyon ABŞ dolları dəyərində 1 588 ton ətir və tualet suyu gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18,3 %, kəmiyyət olaraq 3,6 % çoxdur.

Hesabat dövründə Azərbaycan Fransadan 12,43 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 32 % çox) 119,4 ton (+25 %), Birləşmiş Ərəb Əmirliklərindən 4,2 milyon ABŞ dolları dəyərində (+19 %) 368 ton (+15 %), İspaniyadan 2,7 milyon ABŞ dolları dəyərində (+23 %) 67 ton (+60 %), Çindən 2,6 milyon ABŞ dolları dəyərində (-2 %) 463 ton (-18 %), Rusiyadan 2,5 milyon ABŞ dolları dəyərində (+29 %) 207 ton (+13 %) məhsul alıb.

Azərbaycan 2 il 2 aylıq fasilənin ardından Yunanıstandan (0,56 min ABŞ dolları dəyərində 0,01 ton) ətir tədarükünü bərpa edib.