Azərbaycan Yunanıstana antifriz tədarük etməyə başlayıb
- 19 iyul, 2024
- 09:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycandan 70,3 min ABŞ dolları dəyərində 69,5 ton antifriz ixrac edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olaraq – 43 % çoxdur.
Hesabat dövründə Azərbaycan İraqa 22,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 43 % azdır) 26,2 ton (-43 %), Türkmənistana 15,1 min ABŞ dolları dəyərində 15,7 ton (bir il əvvəl tədarük olmayıb), Livana 12,1 min ABŞ dolları dəyərində 7,8 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyaya 10,6 min ABŞ dolları dəyərində (+69 dəfə) 8,9 ton (+148 dəfə), Ukraynaya 3,4 min ABŞ dolları dəyərində 5,1 ton (bir il əvvəl tədarük olmayıb) antifriz satıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yunanıstana tədarük həyata keçirilib.