Azərbaycan yenidən Yunanıstan və Niderlanddan ətir idxal etməyə başlayıb
- 21 dekabr, 2021
- 09:31
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci ilin ilk 10 ayında Azərbaycan 18,431 milyon ABŞ dolları dəyərində 1 min 034,1 ton ətir və tualet suyu idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin analoji dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 43 % artıb, kəmiyyət olaraq – 10,42 % azalıb.
Dörd il 10 aylıq fasilənin ardından Yunanıstandan, 4 il 6 aylıq aradan sonra Niderlanddan bu məhsulların tədarükü bərpa edilib.
2021-ci ilin yanvar-oktyabr aylarında ətir və tualet suyu idxal etdiyimiz əsas ölkələr – TOP-10:
| Ölkə | Həcm, ton | İllik dinamika | Dəyər, min ABŞ dolları | İllik dinamika |
| Fransa | 71,69 | 55,81 % | 7320,69 | 86,5 % |
| Polşa | 142,31 | -5,9 % | 2334,43 | 23,6 % |
| Rusiya | 215,37 | -16,5 % | 1967,82 | 9,13 % |
| İtaliya | 25,63 | 51,75 % | 1870,34 | 63,35 % |
| İspaniya | 26,34 | 40,26 % | 1201,57 | 92,5 % |
| Türkiyə | 158,87 | 0,03 % | 1011,9 | -3,7 % |
| Birləşmiş Ərəb Əmirlikləri | 57,81 | 31 % | 823,45 | 45,5 % |
| Çin | 291,14 | -27,57 % | 785,22 | 11,9 % |
| Britaniya | 2,19 | -19,78 % | 370,92 | 1,38 % |
| ABŞ | 1,07 | 2,4 dəfə | 224,3 | 2,6 dəfə |
Hesabat dövründə Azərbaycandan xaricə 574,9 min ABŞ dolları dəyərində 14,93 ton ətir və tualet suyu ixrac olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 42,85 % və 4,1 dəfə çoxdur.
Bu məhsulların cəmi ixracının dəyər ifadəsində 74 %-i Birləşmiş Ərəb Əmirliklərinin payına düşüb. Ötən illə müqayisədə bu ölkəyə tədarük dəyər ifadəsində 32,36 %, kəmiyyət olaraq – 83,33 % artıb.