Şahin Mustafayev: "Azərbaycan Yekaterinburqda logistik mərkəz yaradacaq"

Şahin Mustafayev: "Azərbaycan Yekaterinburqda logistik mərkəz yaradacaq" Bununla bağlı sabah müvafiq memorandum imzalanacaq
Biznes
11 Sentyabr , 2019 12:29
Şahin Mustafayev: Azərbaycan Yekaterinburqda logistik mərkəz yaradacaq

"Azərbaycan tərəfi Yekaterinburq şəhərində logistik mərkəzi yaradacaq".

"Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir bildirib ki, sabah iki tərəfin iş adamlarının iştirakı ilə biznes-forum keçiriləcək: “Bu biznes-forumda da bununla bağlı artıq müvafiq memorandum imzalanacaq. Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası və Sverdlovsk vilayətinin müvafiq şirkəti arasında bu logistik mərkəzinə Azərbaycan istehsalı olan meyvə-tərəvəzin təchizi istiqamətində işlərin təşkili baxımından vacib sənəd imzalanacaq”.  

Son xəbərlər

Orphus sistemi