Azərbaycan Yaponiyaya gil ixracını kəskin artırıb

Biznes
  • 11 sentyabr, 2023
  • 12:46
Azərbaycan Yaponiyaya gil ixracını kəskin artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan xarici ölkələrə 7,3 milyon ABŞ dolları dəyərində 90 min 780 ton gil (bentonit, digər gillər) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 6,7 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 5,644 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % çoxdur) 79 min 158 ton (+6,7 %), Yaponiyaya 1,1 milyon ABŞ dolları dəyərində (+4,9 dəfə) 3 min 984 ton (+4,5 dəfə), Belarusa 315 min ABŞ dolları dəyərində (-45 %) 1 min 853 ton (-42 %), Polşaya 220,41 min ABŞ dolları dəyərində (-50 %) 4 min 759 ton (-8 %), Almaniyaya 46 min ABŞ dolları dəyərində 1 min ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

2022-ci ildə Azərbaycana (7 ölkədən) idxal edilmiş 13,32 milyon ABŞ dolları dəyərində gilin 74,3 %-i Rusiyanın, 12,6 %-i Yaponiyanın payına düşüb.

44 filmi