Azərbaycan Yaponiyadan şüşə tara idxalını bərpa edib

Biznes
  • 13 may, 2024
  • 15:23
Azərbaycan Yaponiyadan şüşə tara idxalını bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 4 milyon ABŞ dolları dəyərində 24,659 milyon ədəd şüşə tara (malın saxlanılması, daşınması və qablaşdırılması üçün) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8 % azdır, kəmiyyət olaraq – 2 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 3,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % çoxdur) 20,544 milyon ədəd (+24 %), Gürcüstandan 275 min ABŞ dolları dəyərində (+19 %) 1,596 milyon ədəd (+25 %), Türkiyədən 156 min ABŞ dolları dəyərində (-77 %) 796 min ədəd (-70 %), Ukraynadan 119 min ABŞ dolları dəyərində (+37 %) 292 min ədəd (+2 %), Çindən 102 min ABŞ dolları dəyərində (-27 %) 1,1 milyon ədəd (-34 %) məhsul alıb.

Azərbaycan 3 ilin tamamında Yaponiyadan (0,5 min ABŞ dolları dəyərində 0,01 min ədəd) şüşə tara idxalını bərpa edib.