Azərbaycan Yaponiya və İsveçdən avtobus idxalını bərpa edib

Biznes
  • 30 dekabr, 2023
  • 05:58
Azərbaycan Yaponiya və İsveçdən avtobus idxalını bərpa edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 6,1 milyon ABŞ dolları dəyərində 90 ədəd avtobus idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 87 %, kəmiyyət olaraq – 74 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 2,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 94 % azdır) 34 ədəd (-87 %), Çindən 1,1 milyon ABŞ dolları dəyərində (+23 %) 8 ədəd (-47 %), Cənubi Koreyadan 843 min ABŞ dolları dəyərində (-60 %) 16 ədəd (-65 %), Almaniyadan 824 min ABŞ dolları dəyərində (-8 %) 26 ədəd (-16 %), İsveçdən 313 min ABŞ dolları dəyərində 1 ədəd avtobus alıb.

Azərbaycan 2 il 4 aylıq aradan sonra Yaponiyadan (26 min ABŞ dolları dəyərində 1 ədəd) və 4 il 9 aylıq fasilənin ardından İsveçdən avtobus tədarükünü bərpa edib.

44 filmi