Azərbaycan Xəzəryanı ölkələr arasında İran məhsullarının əsas alıcısı olub

Biznes
  • 28 iyun, 2022
  • 12:19
Azərbaycan Xəzəryanı ölkələr arasında İran məhsullarının əsas alıcısı olub

İranda yeni ilin başladığı martın 21-dən mayın 21-nə qədərki 2 ay ərzində bu ölkə Xəzər dənizindəki qonşuları ilə 897,7 milyon ABŞ dolları dəyərində ticarət aparıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 10% çoxdur.

2 aylıq ticarət 1 201 min ton məhsulu əhatə edib.

Hesabat dövründə İran Xəzəryanı 4 qonşu ölkəyə 263,2 milyon dollar dəyərində 646,4 ton mal ixrac edib ki, bunlar da illik müqayisədə müvafiq olaraq 17% çox və 14% azdır. Bundan başqa, islam respublikası Xəzəryanı ölkələrdən 634,5 milyon dollar dəyərində 554,6 min ton mal idxal edib ki, bunlar da 1 il əvvələ nisbətən müvafiq olaraq 49% və 62% çoxdur.

2 ay ərzində İran mallarının Xəzəryanı ölkələr arasında əsas idxalçısı Azərbaycan (115 milyon dollar; 121,3 min ton) olub. Onu Rusiya (68,6 milyon dollar; 198,7 min ton), Türkmənistan (58,6 milyon dollar; 232,4 min ton) və Qazaxıstan (20,9 milyon dollar; 94 min ton) izləyib.

44 filmi