Ötən il dekabrın 21-nə Azərbaycan Xakasiya Respublikasından 105 kubmetr ağac məmulatları idxal edib.
“Report” bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Hesabat dövründə "Rosselxoznadzor" Xakasiya Respublikasından ümumilikdə ixrac edilən 29 210 kubmetr ağac məhsullarına nəzarət edib.
Regiondan ağac məhsullarıının əsas idxalçısı Tacikistan (26 680 kubmetr) olub. Onu Özbəkistan (1 076 kubmetr), Qırğızıstan (500 kubmetr), Qazaxıstan (201 kubmetr), Azərbaycan (105 kubmetr), Çin (108 kubmetr) və Avropa ölkələri (183 kubmetr) izləyib
Bütün məhsullar idxalçı ölkələrin karantin fitosanitar tələblərinə cavab verib və ixraca icazə verilib.
Xakasiyada yaradılmış karantin-fitosanitar zonalarından ağac ixracı zamanı aparılan yoxlama və ekspertizaların nəticələrinə əsasən ümumi həcmi 2 774 kubmetr olan 47 karantin şəhadətnaməsi verilib.
Qeyd edək ki, 2021-ci ilin eyni dövründə Xakasiyadan 27 439 kubmetr taxta ixrac edilib ki, karantin-fitosanitar zonalarından isə ümumi həcmi 1 733 kubmetr olan 28 karantin sertifikatı verilmişdi.