Azərbaycan Vyetnamdan şokolad idxalını bərpa edib

Biznes
  • 31 mart, 2023
  • 06:17
Azərbaycan Vyetnamdan şokolad idxalını bərpa edib

2023-cü ilin yanvarında Azərbaycana xaricdən 8,433 milyon ABŞ dolları dəyərində 2 min 120 ton şokolad gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 74 %, kəmiyyət olaraq – 38 % çoxdur.

Azərbaycan Rusiyadan 3,141 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 % çoxdur) 933,4 ton (-9,4 %), Türkiyədən 1 milyon ABŞ dolları dəyərində (+53 %) 217,4 ton (+63 %), Polşadan 896 min ABŞ dolları dəyərində (+23 dəfə) 131,22 ton (+26 dəfə), Ukraynadan 889 min ABŞ dolları dəyərində (+11 %) 292,6 ton (+30,3 %), Niderlanddan 593 min ABŞ dolları dəyərində (+1 040 dəfə) 108,26 ton (+514 dəfə) məhsul alıb.

Dörd il 3 aylıq fasilənin ardından Vyetnamdan (0,12 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük bərpa edilib.

44 - Tezliklə