Azərbaycan Vyetnamdan pekan qozu tədarük etməyə başlayıb
- 29 avqust, 2024
- 10:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 20 min ABŞ dolları dəyərində 2,2 ton pekan qozu idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 2 dəfə çoxdur.
Hesabat dövründə Vyetnamdan 10 min ABŞ dolları dəyərində 1 ton, Çindən 6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13 % azdır) 1 ton (dəyişməyib), Lüksemburqdan 1,42 min ABŞ dolları dəyərində 0,06 ton (bir il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərindən 1,35 min ABŞ dolları dəyərində (+3 dəfə) 0,03 ton (+3 dəfə), Almaniya 0,79 min ABŞ dolları dəyərində (-65 %) 0,06 ton (-50 %) məhsul alınıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Vyetnamdan tədarük həyata keçirilib.