Azərbaycan Vyetnamdan farfor qabların alışını bərpa edib
- 09 dekabr, 2024
- 07:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xarici ölkələrdən 5,3 milyon ABŞ dolları dəyərində 855 ton farfordan yemək və mətbəx qabları gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 %, kəmiyyət olaraq – 4 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 2,44 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 65 % çoxdur) 529 ton (+27 %), Türkiyədən 997 min ABŞ dolları dəyərində (-18 %) 199 ton (-6 %), İtaliyadan 366 min ABŞ dolları dəyərində (+30 %) 10 ton (+43 %), Almaniyadan 321 min ABŞ dolları dəyərində (-32 %) 7,52 ton (-16 %), Fransadan 306 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 3,1 ton (+55 %) məhsul alıb.
Azərbaycan 11 il 4 aylıq fasilənin ardından Vyetnamdan (1,11 min ABŞ dolları dəyərində 0,1 ton) tədarükü bərpa edib.