Azərbaycan Vyetnam və Tailanddan şokolad alışını bərpa edib
- 27 noyabr, 2023
- 12:02
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 74,3 milyon ABŞ dolları dəyərində 20 min 776 ton şokolad idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18,2 %, kəmiyyət olaraq – 10 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 31,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % azdır) 11 min 374 ton (-5 %), Türkiyədən 10,9 milyon ABŞ dolları dəyərində (+18 %) 2 min 192 ton (+4 %), Ukraynadan 7 milyon ABŞ dolları dəyərində (-49 %) 2 min 276 ton (-55 %), Polşadan 6,5 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 1 min ton ton (+4 dəfə), Niderlanddan 4 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 779 ton (+2 dəfə) şokolad alıb.
Azərbaycan 4 il 8 ayın tamamında Tailanddan (0,35 min ABŞ dolları dəyərində 0,02 ton) və 4 il 3 aylıq aradan sonra Vyetnamdan (0,1 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib.
2022-ci ildə Azərbaycana (44 ölkədən) idxal edilmiş 27 min 518 ton şokoladın 61 %-i Rusiyanın, 12 %-i Türkiyənin, 8,4 %-i Ukraynanın payına düşüb.