Azərbaycan Vyetnam və İndoneziyadan nərə balığı alışını bərpa edib
- 22 dekabr, 2023
- 10:58
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 3 milyon ABŞ dolları dəyərində 1 min 757 ton nərə balığı (dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 64 %, kəmiyyət olaraq – 85 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 1,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 1 min 276 ton (+2,3 dəfə), Polşadan 494,5 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 138 ton (+5,3 dəfə), Çindən 300 min ABŞ dolları dəyərində (+5 dəfə) 70 ton (+5 dəfə), İtaliyadan 250,6 min ABŞ dolları dəyərində (-25 %) 33 ton (-39 %), Qazaxıstandan 231 min ABŞ dolları dəyərində (-38 %) 148 ton (-35 %) məhsul alıb.
Doqquz il 2 aylıq fasilənin ardından Vyetnamdan (5,8 min ABŞ dolları dəyərində 3 ton) və 5 il 7 aylıq aradan sonra İndoneziyadan (3 min ABŞ dolları dəyərində 0,7 ton) tədarük bərpa edilib.