Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 14 %-dən çox azaldıb
- 13 iyun, 2024
- 11:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 288 mənzil alıblar, bunun da 65-i mayda olub.
“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 48 mənzil (14,3 %) azdır. Ötən ilin may ayı ilə müqayisədə isə 10 mənzil (13,3 %) azdır.
Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda - 7-ci yerdə qərarlaşıb.
Ümumilikdə, bu ilin yanvar-may aylarında Türkiyədə xarici vətəndaşlara 9 092 mənzil (il ərzində 7 687 ədəd və ya 45,8 % azalıb) satılıb. Təkcə may ayında ölkədə 2 079 xarici vətəndaş (1 104 ədəd və ya 34,7 % az) mənzil sahibi olub.
Mayda Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən ay 437 mənzil (554 mənzil və ya 2,3 dəfə az) satılıb. Bu ilin ilk 5 ayında isə rusiyalılar bu ölkədə 2 091 mənzil (3 632 ədəd və ya 2,7 dəfə az) alıblar.
Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. İranlılara 5 ay ərzində bu ölkədə 914 mənzil satılıb, onların 207-i may ayında. Bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 1 410 ədəd və ya 2,5 dəfə azdır, 2023-cü ilin may ayına nisbətən isə 296 mənzil və ya 2,4 dəfə azdır.
İlk 3-lüyü isə Ukrayna qapadır. Ötən ay Ukrayna vətəndaşları Türkiyədə 171 mənzilə (4 mənzil və ya 2,3 % az) sahib olub, yanvar-may aylarında isə 623 mənzil (147 ədəd və ya 19,1 % az) alıblar.
Bu ildən etibarən İsveçlilər Türkiyədən mənzil alışına başlayıblar. Belə ki, may ayında bu ölkənin vətəndaşları Türkiyədə 26, yanvar-may aylarında isə 99 mənzilə sahib olublar.