Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 10 %-dən çox azaldıb

Biznes
  • 17 may, 2024
  • 09:26
Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 10 %-dən çox azaldıb

Bu ilin yanvat-aprel aylarında Azərbaycan vətəndaşları Türkiyədə 223 mənzil alıblar, bunun da 54-i martda olub.

“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 28 mənzil (10,7 %) azdır. Ötən ilin aprel ayı ilə müqayisədə isə eynidir.

Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında 7-ci yerdə qərarlaşıb.

Ümumilikdə, bu ilin yanvar-aprel aylarında Türkiyədə xarici vətəndaşlara 7 013 mənzil (il ərzində 6 583 ədəd və ya 1,9 dəfə azalıb) satılıb. Təkcə aprel ayında ölkədə xarici vətəndaşlar 1 284 mənzil (1 287 ədəd və ya 2 dəfə az) alıb.

Apreldə Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən ay 293 mənzil (524 mənzil və ya 2,8 dəfə az) satılıb. Bu ilin ilk 4 ayında isə rusiyalılar bu ölkədə 1 654 mənzil (3 078 ədəd və ya 2,86 dəfə az) alıblar.

Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. İranlılara 4 ay ərzində bu ölkədə 707 mənzil satılıb, onların 117-i aprel ayında. Bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 1 114 ədəd və ya 2,6 dəfə azdır, 2023-cü ilin aprel ayına nisbətən isə 260 mənzil və ya 3,2 dəfə azdır.

İlk 3-lüyü Ukrayna qapadır. Ötən ay Ukrayna vətəndaşları Türkiyədə 91 mənzilə (45 mənzil və ya 33,1 % az) sahib olub, yanvar-aprel aylaında isə 452 mənzil (143 ədəd və ya 24,03 % az) alıblar.