Azərbaycan vətəndaşları noyabrda Türkiyədə mənzil alışını 78% artırıb

Biznes
  • 15 dekabr, 2021
  • 06:28
Azərbaycan vətəndaşları noyabrda Türkiyədə mənzil alışını 78% artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 1 325, təkcə noyabr ayında isə 185 mənzil alıb.

"Report" qonşu ölkənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrləri ilə müqayisədə müvafiq olaraq 17,9 % və 77,9 % çoxdur.

11 ay ərzində Türkiyədə xarici vətəndaşlara 51 352, ötən ay isə 7 441 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 39,5 % və 48,2 % çoxdur.

Noyabrda Türkiyədə ən çox mənzil alanlar İran vətəndaşları olub. Onlara ötən ay 1 406, yanvar-noyabr aylarında isə 8 594 mənzil satılıb.

Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 1 075, yanvar-noyabr aylarında isə 7 622 mənzil alıb.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə noyabrda 836, yanvar-noyabr aylarında isə 4 494 mənzilə sahib olub.