Azərbaycan vətəndaşları iyulda Türkiyədə ev alışını 2 dəfə azaldıb

Biznes
  • 16 avqust, 2022
  • 11:37
Azərbaycan vətəndaşları iyulda Türkiyədə ev alışını 2 dəfə azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan vətəndaşları Türkiyədə 767 mənzil alıblar.

“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47 mənzil və ya 6,53 % çoxdur.

Təkcə iyul ayında isə Azərbaycan vətəndaşları qardaş ölkədə isə 65 mənzil alıb ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 62 mənzil və ya 1,95 % azdır.

Bu ilin 7 ayı ərzində Türkiyədə xarici vətəndaşlara 39 729, ötən ay isə 3 974 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 57 % çox və 12,9 % azdır.

İyulda Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara ötən ay 1 228, yanvar-iyul aylarında isə 6 877 mənzil satılıb.

Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 431, yanvar-iyul aylarında isə 5 315 mənzil alıb.

İlk 3-lüyü İraq vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə iyulda 380, ilk 7 ay ərzində isə 4 405 mənzilə sahib olub.