Bakı. 30 avqust. REPORT.AZ/ Vergilər Nazirliyi vergi borcuna görə daha 14 nəfərin ölkədən getmək hüququnu məhdudlaşdırıb. "Report" Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bunlardan 4-ü fiziki şəxslər, 10-u isə hüquqi şəxslərin icra orqanlarının rəhbərləridir.
Bununla da vergi borcu ilə əlaqədar Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin sayı 708-dən 722-yə (müvafiq olaraq 312 və 410 nəfər olmaqla) yüksəlib.
İcra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququnun məhdudlaşdırıldığı müəssisələr arasında 24 ASC var. Bu, əsasən qida məhsulları, o cümlədən şərab istehsal edən müəssisələr, pambıq tədarükü ilə məşğul olan şirkətlər, nəqliyyat müəssisələridir.