Azərbaycan və Yaponiya arasında hava yük daşımaları sahəsində memorandum imzalanıb
- 20 yanvar, 2023
- 06:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaponiyanın “Nippon Express Holdinqs Inc” şirkəti ilə Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti arasında hava yük daşımaları sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək və təşviq etmək üçün memorandum imzalanıb.
“Report” bu barədə “Nippon" şrikətinə istinadən xəbər verir.
Məlumata görə, 2012-ci ildə yaradılan “Silk Way West Airlines” öz şəbəkəsini sürətlə Narita və Asiyanın digər əsas hava limanlarına, eləcə də Avropa və ABŞ istiqamətində genişləndirir.
Şrikət bildirir ki, Yaponiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğu bu mühüm ildə iki ölkə arasında mübadilənin daha da dərinləşməsinə və iqtisadi fəaliyyətlərin inkişafını təmin etmək, “Nippon”un öz müştərilərinin kompleks şəkildə dəyişən təchizat zəncirlərini optimallaşdıran həllər təqdim etmək, eləcə də Yaponiya şirkətinin qlobal logistika bazarında güclü iştirakçıya çevrilmək üçün uzunmüddətli hədəfini həyata keçirilməsi üçün bu memorandum bağlanıb.
Xatırladaq ki, ötən il Yaponiyanın qlobal logistika şirkəti “Nippon Express Holdings Inc”in törəmə şirkəti “Nippon Express (China) Co Ltd” (NX China) Çinin müxtəlif yerlərindən Xəzər dənizi vasitəsilə Avropaya daşımalar üçün yeni intermodal xidmətini işə salıb. Xidmət, yüklərin Çinin çoxsaylı nöqtələrindən dəmir yolu ilə Qazaxıstana (Aktau), oradan Xəzər dənizi vasitəsilə gəmi ilə Azərbaycana (Bakı), burdan isə yenidən dəmir yolu ilə Türkiyəyə (İstanbul) və Aİ-də müxtəlif təyinat nöqtələrinə çatıdırılmasını nəzərdə tutur.