Azərbaycan və Vyetnam iş adamları arasında onlayn görüş olub

Azərbaycan və Vyetnam iş adamları arasında onlayn görüş olub İqtisadiyyat Nazirliyinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Vyetnam Tekstil və Geyim Assosiasiyasının (VITAS) birgə təşkilatçılığı, ölkəmizin Vyetnamdakı Səfirliyi və Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasi
Biznes
25 May , 2022 16:39
Azərbaycan və Vyetnam iş adamları arasında onlayn görüş olub

İqtisadiyyat Nazirliyinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Vyetnam Tekstil və Geyim Assosiasiyasının (VITAS) birgə təşkilatçılığı, ölkəmizin Vyetnamdakı Səfirliyi və Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının dəstəyi ilə tekstil sahəsində fəaliyyət göstərən Azərbaycan və Vyetnam iş adamları arasında ticarət əməkdaşlığına dair vebinar keçirilib.

Bu barədə "Report"a AZPROMO-dan bildirilib.

Məlumata görə, iki gün davam etmiş tədbirdə Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov, Vyetnam Sənaye və Ticarət Nazirliyinin Avropa-ABŞ bazarı departamentinin müdiri Ta Hoanq Linh, VITAS-ın sədri Vu Duk Gianq, AZPROMO-nun müşaviri Zöhrab Qədirov, Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mehriban Axundova və hər 2 ölkədən 50-dək sahibkar iştirak edib.

Vebinarda iki ölkənin biznes dairələri arasında tekstil sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi, ixrac imkanları müzakirə edilib, şirkətlərin nümayəndələri tərəfindən təqdimatlar keçirilib, suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi