Azərbaycan və Ukrayna qida təhlükəsizliyinə dair müqavilə imzalayacaq

Azərbaycan və Ukrayna qida təhlükəsizliyinə dair müqavilə imzalayacaq Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə Ukraynanın qida təhlükəsizliyi rəsmiləri arasında görüş keçirilib.
Biznes
596
4 İyun , 2021 16:31
Azərbaycan və Ukrayna qida təhlükəsizliyinə dair müqavilə imzalayacaq

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə Ukraynanın qida təhlükəsizliyi rəsmiləri arasında görüş keçirilib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, görüşdə Ukraynadan Azərbaycana ixrac üçün 12 və Azərbaycandan Ukraynaya tədarük üçün 3 formada baytarlıq sertifikatı razılaşdırılıb.

Beynəlxalq müqavilənin imzalanması ikitərəfli ticarəti artırmağa, iki ölkənin biznes nümayəndələri üçün yeni bazarlar açmağa imkan verəcək.

Bundan əlavə, görüşdə ikitərəfli əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib, ortaya çıxan məsələləri dərhal həll etmək üçün təcrübə mübadiləsi və daha sıx əməkdaşlıqla bağlı barədə razılaşmalar əldə olunub.

Son xəbərlər

Orphus sistemi