Azərbaycan və Ukrayna qarşılıqlı investisiya qoyuluşunu təşviq edəcək

Azərbaycan və Ukrayna qarşılıqlı investisiya qoyuluşunu təşviq edəcək Kiyevdə Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Ukraynanın İnvestisiyaların Təşviqi və Dəstəklənməsi İdarəsi ("Ukraine Invest") arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Biznes
14 Yanvar , 2022 14:19
Azərbaycan və Ukrayna qarşılıqlı investisiya qoyuluşunu təşviq edəcək

Kiyevdə Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Ukraynanın İnvestisiyaların Təşviqi və Dəstəklənməsi İdarəsi ("Ukraine Invest") arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Bu barədə "Report"a Agentlikdən bildirilib.

Məlumata görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və "Ukraine Invest"in baş icraçı direktoru Sergey Tsivkaç imzalayıblar.

Memorandum iki ölkənin sahibkarları arasında qarşılıqlı investisiya fəaliyyətinin təşviqi məqsədilə potensial investisiya layihələrinin və digər sahələr üzrə məlumat, KOB-lara xidmət üzrə təcrübə mübadiləsini, sahibkarlar üçün qarşılıqlı tanıtım tədbirlərinin təşkili kimi istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi