Azərbaycan və Türkiyənin rəqabət qurumları təcrübə mübadiləsi aparacaq

Azərbaycan və Türkiyənin rəqabət qurumları təcrübə mübadiləsi aparacaq Azərbaycan və Türkiyə rəqabət sahəsində məlumat bazasının inkişaf etdirilməsi üçün nəzəri və praktiki baxımdan təcrübə mübadiləsi aparacaq.
Biznes
24 Yanvar , 2024 16:24
Azərbaycan və Türkiyənin rəqabət qurumları təcrübə mübadiləsi aparacaq

Azərbaycan və Türkiyə rəqabət sahəsində məlumat bazasının inkişaf etdirilməsi üçün nəzəri və praktiki baxımdan təcrübə mübadiləsi aparacaq.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin rəqabət qurumlarının iştirakı ilə keçirilən iclas çərçivəsində Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle ilə ikitərəfli görüşümüz baş tutdu. Görüşdə qardaş ölkə ilə ticarət əlaqələri və əlverişli investisiya layihələrinin həyata keçirilməsində sağlam rəqabət mühitinin önəmindən bəhs etdik. Qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış və yenicə təsdiq olunmuş Rəqabət Məcəlləsində biznes və rəqabət mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində tətbiq olunan müasir yanaşmalar barədə məlumat verdik. Hər iki qurumda kadr potensialının inkişaf etdirilməsi məqsədilə əməkdaşların uzunmüddətli qarşılıqlı olaraq iş prosesinə cəlb olunması istiqamətində razılığa gəldik", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi