Azərbaycan və Türkiyə investisiya layihələrində qarşılıqlı iştirakı təşviq edəcək

Azərbaycan və Türkiyə investisiya layihələrində qarşılıqlı iştirakı təşviq edəcək Azərbaycan və Türkiyə investisiya imkanları barədə məlumat mübadiləsi həyata keçirəcək, investisiya layihələrində qarşılıqlı iştirakı təşviq edəcək və bu istiqamətdə birgə tədbirlər həyata keçirəcək.
Biznes
8 İyul , 2021 10:58
Azərbaycan və Türkiyə investisiya layihələrində qarşılıqlı iştirakı təşviq edəcək

Azərbaycan və Türkiyə investisiya imkanları barədə məlumat mübadiləsi həyata keçirəcək, investisiya layihələrində qarşılıqlı iştirakı təşviq edəcək və bu istiqamətdə birgə tədbirlər həyata keçirəcək.

“Report” xəbər verir ki, bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında öz əksini tapıb.

Sənədə əsasən, fəaliyyətin icrasını Azərbaycan tərəfdən İqtisadiyyat Nazirliyi, Türkiyə tərəfdən isə Prezident Administrasiyasının İnvestisiya Ofisi, Sənaye və Texnologiya Nazirliyi və Xarici İqtisadi Əlaqələr Təşkilatı (DEİK) həyata keçirəcək.

Xatırldaq ki, bu ilin yanvar-may aylarında iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 1,867 milyard ABŞ dolları olub ki, bu da illik müqayisədə 0,2 % çoxdur, Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 15,8 %-i deməkdir.

Hesabat dövründə Azərbaycanın Türkiyəyə ixracının dəyəri 1,207 milyard ABŞ dolları, idxalının dəyəri isə 660 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən müvafiq olaraq 3,4 % az və 7,5 % çoxdur.

Son xəbərlər

Orphus sistemi