Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bagcı ilə görüşüb.
"Report" xəbər veirr ki, bunu S.Mehdiyev "Twitter" sosial şəbəkəsində hesabında bildirib.
"C.Bagcı ilə görüşümüzdə iki qardaş ölkənin iqtisadi-ticari münasibətləri, ticarət dövriyyəsinin daha da artırılması, gömrük orqanları arasında əməkdaşlığın perspektivləri barədə ətraflı müzakirələr apardıq", - deyə o, qeyd edib.