Azərbaycan və Somali ikitərəfli iqtisadi əlaqələrin təşviqini müzakirə edib
Azərbaycan və Somali ikitərəfli iqtisadi əlaqələrin təşviqini müzakirə edibAzərbaycan və Somali arasında ikitərəfli iqtisadi əlaqələrin təşviqi müzakirə edilib.
Azərbaycan və Somali arasında ikitərəfli iqtisadi əlaqələrin təşviqi müzakirə edilib.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ahmed Moallim Fiqi ilə görüşümüzdə ikitərəfli iqtisadi əlaqələrin təşviqini və energetika sahəsində potensial tərəfdaşlıq imkanlarını müzakirə etdik", - deyə o qeyd edib.
Tərəflər iki ölkə arasında qarşılıqlı faydalı iqtisadi əlaqələrin yaradılmasının, əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıblar.
#Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ahmed Moallim Fiqi ilə görüşümüzdə ikitərəfli #iqtisadi əlaqələrin təşviqini və #energetika sahəsində potensial tərəfdaşlıq imkanlarını müzakirə etdik.#EconomyAzpic.twitter.com/sd3qBSrT3X