Azərbaycan və Sinqapur ikiqat vergitutmanı aradan qaldırmağı müzakirə edib

Azərbaycan və Sinqapur ikiqat vergitutmanı aradan qaldırmağı müzakirə edib Azərbaycan və Sinqapur arasında gəlirə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş layihəsi üzrə danışıqlar aparılıb.
Biznes
23 Sentyabr , 2022 17:12
Azərbaycan və Sinqapur ikiqat vergitutmanı aradan qaldırmağı müzakirə edib

Azərbaycan və Sinqapur arasında gəlirə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş layihəsi üzrə danışıqlar aparılıb.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, danışıqlarda Azərbaycan tərəfdən qurumun və Maliyyə Nazirliyinin, Sinqapur tərəfdən isə bu ölkənin Daxili Gəlir İdarəsinin ekspertləri iştirak ediblər. Müzakirələr Sinqapur şəhərində keçirilib. Saziş imzalanacağı təqdirdə, hər iki ölkənin sərmayəçilərinə əlverişli şərait yaranacağı və məlumat mübadiləsi üzrə effektiv münasibətlərin formalaşacağı vurğulanıb.

Müzakirələr qarşılıqlı anlaşılma şəraitində keçib, hər iki tərəf açıq qalan müddəaların tez bir zamanda razılaşdırılması istiqamətində səylərin göstərilməsi barədə razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi