Azərbaycan və Səudiyyə Ərəbistanı iqtisadi tərəfdaşlığı gücləndirməyi müzakirə edib

Azərbaycan və Səudiyyə Ərəbistanı iqtisadi tərəfdaşlığı gücləndirməyi müzakirə edib Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi müzakirə edilib.
Biznes
28 Fevral , 2024 16:30
Azərbaycan və Səudiyyə Ərəbistanı iqtisadi tərəfdaşlığı gücləndirməyi müzakirə edib

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi müzakirə edilib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə ilə ölkələrimiz arasında münasibətlərin dinamik inkişafını məmnunluqla vurğuladıq. İqtisadi tərəfdaşlığın gücləndirilməsi, turizm və investisiyalar sahəsində birgə fəaliyyətin təşviqi imkanlarını nəzərdən keçirdik", - deyə o qeyd edib.

***

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, tərəflər Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi-ticarət əlaqələrinin, investisiya tərəfdaşlığının və biznes dairələri arasında işgüzar münasibətlərin genişlənməsindən məmnunluq ifadə edib, sənaye, enerji, infrastruktur və digər sahələrdə birgə layihələr həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər.

Görüşdə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, bu sahəyə Səudiyyə Ərəbistanı şirkətlərinin investisiyalar yatırması məsələləri müzakirə olunub. Tərəflər əlaqələrin inkişafı, iqtisadi, investisiya və turizm potensialının təşviqi istiqamətində tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi