Azərbaycan və Səudiyyə Ərəbistanı gömrük sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı gömrük sahəsində əməkdaşlıq edəcək Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Orqanının Baş direktoru Suheyl bin Məhəmməd Əbənimi ilə görüşüb
Biznes
15 Noyabr , 2021 21:50
Azərbaycan və Səudiyyə Ərəbistanı gömrük sahəsində əməkdaşlıq edəcək

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Orqanının Baş direktoru Suheyl bin Məhəmməd Əbənimi ilə görüşüb

"Report" xəbər verir ki, bu barədə komitə sədri "Twitter"də yazıb.

"Bu gün Ər-Riyad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş"in imzalanması gömrük orqanlarının mövcud əlaqələrinin inkişafına öz töhfəsini verəcək.

Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Orqanının Baş direktoru Suheyl bin Məhəmməd Əbənimi ilə görüşümüzdə iki ölkənin gömrük orqanları arasında qarşılıqlı əməkdaşlığın perspektivləri barədə faydalı müzakirələr apardıq"- sədr qeyd edib.

Komitənin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, ərəb nazirlə görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərdən məmnunluqla bəhs edən S.Mehdiyev iki ölkənin gömrük orqanlarının qarşılıqlı əlaqələrinin də gücləndirilməsinin vacibliyini vurğulayıb.

Komitə sədri Prezident İlham Əliyevin gömrük sistemində apardığı islahatlar çərçivəsində reallaşdırılan struktur dəyişiklikləri, maddi-texniki bazanın və əməkdaşların potensialının gücləndirilməsi, gömrük əməliyyatlarının sadələşdirilməsi, şəffaflığın təmin olunması istiqamətində atılan addımlardan bəhs edib. Bildirilib ki, müasir texnologiyaların, innovativ layihələrin tətbiqi hesabına, fiskal sahədə, qaçaqmalçılığa qarşı mübarizə, vətəndaş-məmur təmasının minimuma endirilərək şəffaflığın təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə olunub.

44 günlük Vətən Müharibəsində qazandığımız parlaq qələbədən bəhs edən Komitə sədri Azərbaycanın işğal altındakı ərazilərini azad etməsinin yalnız region üçün deyil, beynəlxalq ticarətin və tranzitin inkişafı baxımından da yeni imkanlar yaratdığını diqqətə çatdırıb.

S.Mehdiyev iki ölkənin gömrük orqanları arasındakı əlaqələrin inkişaf perspektivlərindən danışıb və bu istiqamətdə atılacaq addımların qarşılıqlı ticarət dövriyyəsinin artmasına da müsbət təsir göstərəcəyini vurğulayıb.

S.M.Əbənimi ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb, imzalanacaq sazişlə gömrük orqanlarının da bu sahəyə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. 

Son xəbərlər

Orphus sistemi