Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 8%-ə qədər artıb

Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 8%-ə qədər artıb Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan və Rusiya arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 606 996,85 min ABŞ dolları təşkil edib.
Biznes
3 Sentyabr , 2019 16:37
Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 8%-ə qədər artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan və Rusiya arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 606 996,85 min ABŞ dolları təşkil edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi xəbərə görə, bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 302 919,97 min dollar və ya 23,23% çoxdur. Rusiyanın Azərbaycanın ümumi ticarət dövriyyəsindəki payı 7,76% təşkil edir.

Bu məbləğin 423 234,91 min dolları ixracın payına düşür ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 36 303,69 min dollar və ya 9,38% azdır. Rusiyanın idxalının Azərbaycanın ümumi ixracdakı payı 3,45% təşkil edir.

Bu ilin 7 ayı ərzində Azərbaycan Rusiyadan 1 183 761,94 min dollar həcmində məhsul idxal edib ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 266 616,28 min dollar və ya 29,07% çoxdur. Rusiyanın ixracının Azərbaycanın ümumi idxaldakı payı 14,04% təşkil edir.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan və Rusiya arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 304 076,88 min dollar təşkil edib. Bu həcmin 386 931,22 min dolları Azərbaycanın ixracının, 917 145,66 min dolları isə Azərbaycanın idxalının payına düşüb. 

Son xəbərlər

Orphus sistemi