​Azərbaycan və Rusiya gömrükçülərinin görüşü keçirilib

​Azərbaycan və Rusiya gömrükçülərinin görüşü keçirilib Tərəfləri maraqlandıran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb
Biznes
11 Sentyabr , 2015 17:38
​Azərbaycan və Rusiya gömrükçülərinin görüşü keçirilib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan-Rusiya dövlət sərhədində yerləşən Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük-keçid məntəqəsinin inzibati binasında iki ölkənin gömrük xidmətləri nümayəndələrinin işçi qrupunun görüşü keçirilib. Bu barədə "Report"a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Rusiyanı Şimali Qafqaz Gömrük İdarəsinin Dağıstan Gömrük İdarəsinin rəisi Ruslan Yəhyayev, Azərbaycanı isə Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.

Görüşdə gömrük keçid məntəqələrindən malların, nəqliyyat vasitələrinin keçidi zamanı yaranacaq problemlərin birlikdə aradan qaldırılması, qarşılıqlı məlumat mübadiləsinin davam etdirilməsi və daha da gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının daşınması zamanı vaxta qənaət etmək məqsədilə bütün zəruri tədbirlərin görülməsi, eləcə də birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub, tərəfləri maraqlandıran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi