Azərbaycan və Qazaxıstan xarici ticarətdə müsbət saldoya görə TDT-də öndə olub

Azərbaycan və Qazaxıstan xarici ticarətdə müsbət saldoya görə TDT-də öndə olub 2022-ci ildə Türkdilli Dövlətlər Təşkilatına (TDT) üzv ölkələr arasında Azərbaycan və Qazaxıstan xarici ticarət dövriyyəsinin müsbət saldosuna görə öndə olub.
Biznes
29 Mart , 2023 12:00
Azərbaycan və Qazaxıstan xarici ticarətdə müsbət saldoya görə TDT-də öndə olub

2022-ci ildə Türkdilli Dövlətlər Təşkilatına (TDT) üzv ölkələr arasında Azərbaycan və Qazaxıstan xarici ticarət dövriyyəsinin müsbət saldosuna görə öndə olub.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “Türk iqtisadi icmalı”nın IV sayında bildirilir.

Sənəddə deyilir ki, ötən il ixracın dəyəri idxalın dəyərini Azərbaycanda 27 132,3 milyon ABŞ dolları, Qazaxıstanda isə 34 350,4 milyon ABŞ dolları üstələyib.

Bundan başqa, icmala əsasən, il ərzində Türkiyə iqtisadiyyatı 5,6 %, Azərbaycan və Macarıstan iqtisadiyyatı 4,6 %, Türkmənistan iqtisadiyyatı 6,2 %, Özbəkistan iqtisadiyyatı 5,7 %, Qırğızıstan iqtisadiyyatı 7 %, Qazaxıstan iqtisadiyyatı isə 3,2 % böyüyüb.

Dövlət büdcəsinin gəlirlərinin artımı baxımından ən yaxşı göstərici Türkiyədə qeydə alınıb. Bu ölkənin büdcə gəlirləri təxminən 2 dəfə artaraq 147 122,2 milyon ABŞ dolları olub.

Son xəbərlər

Orphus sistemi