Azərbaycan və Moldova yeni iqtisadi əməkdaşlıq istiqamətlərini müzakirə edib

Azərbaycan və Moldova yeni iqtisadi əməkdaşlıq istiqamətlərini müzakirə edib Azərbaycan və Moldova arasında yeni əməkdaşlıq istiqamətləri, ikitərəfli iqtisadi əlaqələrin inkişafı, qarşılıqlı ticarət dövriyyəsinin artırılması imkanları müzakirə edilib.
Biznes
17 May , 2023 18:02
Azərbaycan və Moldova yeni iqtisadi əməkdaşlıq istiqamətlərini müzakirə edib

Azərbaycan və Moldova arasında yeni əməkdaşlıq istiqamətləri, ikitərəfli iqtisadi əlaqələrin inkişafı, qarşılıqlı ticarət dövriyyəsinin artırılması imkanları müzakirə edilib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, nazirin I müavini Elnur Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının Rəhbərlər Şurasının Özbəkistanın Səmərqənd şəhərində keçirilən 32-ci İllik Toplantısı çərçivəsində Moldovanın Baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri Dumitru Alaiba ilə görüşüb.

Azərbaycanın Moldova ilə əlaqələrə önəm verdiyi vurğulanıb, iqtisadi tərəfdaşlığın gücləndirilməsi üçün potensial diqqətə çatdırılıb. Qeyd olunub ki, ölkələrimiz arasında investisiya, ticarət, enerji və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər var.

Son xəbərlər

Orphus sistemi