Azərbaycan və Mərkəzi Baltik ölkələri şirkətləri arasında forum keçiriləcək

Azərbaycan və Mərkəzi Baltik ölkələri şirkətləri arasında forum keçiriləcək Mayın 26-dan-iyunun 2-nə qədər Azərbaycanın 20-dən çox şirkəti Latviya, Estoniya və Finlandiyaya səfər edəcəklər.
Biznes
13 May , 2024 11:13
Azərbaycan və Mərkəzi Baltik ölkələri şirkətləri arasında forum keçiriləcək

Mayın 26-dan-iyunun 2-nə qədər Azərbaycanın 20-dən çox şirkəti Latviya, Estoniya və Finlandiyaya səfər edəcəklər.

“Report” bu barədə “Caspian Energy Club International”a istinadən xəbər verir.

Səfər Latviya, Estoniya, Finlandiya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrin inkişafı, biznes tərəfdaşlığın gücləndirilməsi, ikitərəfli münasibətlərin təşviqi məqsədi daşıyır.

Qeyd edək ki, ziyarət müddəti ərzində Azərbaycanın özəl sektorunu təmsil edən nümayəndələrlə Latviya, Estoniya, Finlandiya iş adamları arasında B2B görüşlər və Demo Day təşkil ediləcək. Forum əsnasında Azərbaycan və Mərkəzi Baltik ölkələrini təmsil edən şirkətlər arasında memorandumların və əməkdaşlıq müqavilələrinin imzalanması planlaşdırılır.

“Görüşlərdə iştirakı planlaşdırılan bütün sahibkarlar LEF Network Azerbaijan layihəsindən faydalanaraq fəal əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə nail olacaqlar. Bu layihənin tərəfdaşlarının Azərbaycan iqtisadiyyatına marağı olduqca böyükdür. Daha öncəki görüşlərdə xarici ölkələrdən olan tərəfdaşlarımız Azərbaycanın biznes mühitiylə yaxından tanış olmuş, ölkədə keçirilən islahatları, özəl sektor üçün yaradılmış şəraiti yüksək qiymətləndirmiş, bu islahatların ikitərəfli əməkdaşlığa böyük töhfə verəcəyini bildiriblər”, - deyə "Caspian Energy Club International"ın idarəedici direktoru Günel Quliyeva bildirib.

Xatırladaq ki, Caspian Energy Club International" "European Union Central Baltic" proqramı tərəfindən yaradılmış LEF Network Azerbaijan layihəsinin rəsmi tərəfdaşı seçilib. 3 illik LEF Network Azerbaijan layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Keçən il start verilən layihə yaxın 3 il ərzində "yaşıl texnologiya"lar, informasiya texnologiyaları və təhsil sahəsində çalışan şirkətlərə dəstək olacaq. Bu layihə çərçivəsində Finlandiya, Estoniya və Latviyanın şirkətləri ilə Azərbaycan arasında 36 ay ərzində İKT, "yaşıl texnologiya"lar və təhsil sahələrində müqavilələrin imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları sırasında Latviyanın Ticarət və Sənaye Palatası, Estoniyanın Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universiteti kimi qurumları yer alıblar.

Son xəbərlər

Orphus sistemi