Azərbaycan və Macarıstan iqtisadi əlaqələrin inkişafını müzakirə edib

Azərbaycan və Macarıstan iqtisadi əlaqələrin inkişafını müzakirə edib Azərbaycan və Macarıstan arasında iqtisadi əlaqələrin inkişafı müzakirə edilib.
Biznes
23 Noyabr , 2023 17:46
Azərbaycan və Macarıstan iqtisadi əlaqələrin inkişafını müzakirə edib

Azərbaycan və Macarıstan arasında iqtisadi əlaqələrin inkişafı müzakirə edilib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə iki ölkənin iqtisadi əlaqələrinin müsbət dinamikasını, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən birgə təşəbbüsləri vurğuladıq, SPECA Rəhbər Şurasının 18-ci iclasında müzakirə edilən məsələlərin regional əməkdaşlığın inkişafında önəmini qeyd etdik", - deyə o qeyd edib.

***

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, tərəflər “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında imzalanmış investisiya müqaviləsinin ölkələrimiz arasında biznes dairələrinin səmərəli əməkdaşlığı istiqamətində əhəmiyyətini bir daha vurğulayıb, bundan başqa enerji sahəsində əməkdaşlığın perspektivləri, iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi barədə fikir mübadiləsi aparıb, yeni biznes təşəbbüslərinin və investisiyaların təşviqi, “yaşıl” enerji, əczaçılıq, işğaldan azad olunmuş ərazilərimizin bərpasında Macarıstan şirkətlərinin iştirakı və s. məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi