Azərbaycan və Litvanın biznes konfederasiyaları müqavilə imzalayıb

Azərbaycan və Litvanın biznes konfederasiyaları müqavilə imzalayıb Bui gün Bakıda keçirilmiş Azərbaycan-Litva Biznes Forumu şərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Litva Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb.
Biznes
18 May , 2022 19:10
Azərbaycan və Litvanın biznes konfederasiyaları müqavilə imzalayıb

Bu gün Bakıda keçirilmiş Azərbaycan-Litva Biznes Forumu çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Litva Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb.

"Report" bu barədə ASK-ya istinadən xəbər verir.

Xatırladaq ki, tədbir iki ölkənin prezidentləri İlham Əliyev və Gitanas Nausedanın iştirakı ilə baş tutub. Biznes Forumunda ASK-nın prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Müqavilənin əsas məqsədi hər iki ölkə iqtisadiyyatının müxtəlif sektorları üzrə ikitərəfli iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsindən ibarətdir. Sənəd Azərbaycan və Litva arasında ticarət, investisiya və xidmətlərə dair əməkdaşlığın təşviq edilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsinə təsir göstərən maneələrin aradan qaldırılmasına müvafiq dəstəyin göstərilməsi, müxtəlif beynəlxalq iqtisadi təşkilatlarda, üçüncü ölkələrdə həyata keçirilən fəaliyyətlər zamanı tərəflərin bir-birini təşviq etməsi kimi məsələləri özündə ehtiva edir.

Bununla yanaşı, iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi və biznes dairələri arasında əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan-Litva İşgüzar Əməkdaşlıq Şurasının yaradılması haqqında məsləhətləşmələrin aparılmasına dair razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi