Azərbaycan və İran gömrükçüləri arasında görüş keçirilib

Azərbaycan və İran gömrükçüləri arasında görüş keçirilib Bakı. 17 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında görüş keçirilib.
Biznes
17 Dekabr , 2018 13:35
Azərbaycan və İran gömrükçüləri arasında görüş keçirilib
customs.gov.az
0 : 00
0 : 00

Bakı. 17 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında görüş keçirilib. 

Bu barədə “Report”a qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Cənub Ərazi Baş Gömrük İdarəsi Biləsuvar gömrük postunun rəisi Ceyhun İbrahimovun, İran Biləsuvar gömrük-keçid məntəqəsinin rəisi Ramin Zəhirinin rəhbərliyi ilə nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə iki ölkə arasında iqtisadi münasibətlərin, ticarət dövriyyəsinin artmasına paralel olaraq beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, eləcə də nəqliyyat vasitələrinin, şəxslərin gömrük sərhədindən təhlükəsiz və maneəsiz keçidinin təmin edilməsi, qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsinə dair məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi