Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında daha bir görüş keçirilib

Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında daha bir görüş keçirilib Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu gün Astara Gömrük İdarəsində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında daha bir görüş keçirilib.
Biznes
1256
11 Oktyabr , 2018 17:37
Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında daha bir görüş keçirilib
0 : 00
0 : 00

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu gün Astara Gömrük İdarəsində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında daha bir görüş keçirilib. 

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Görüşdə Azərbaycan tərəfini DGK-nın Gömrük-Sərhəd Buraxılış Məntəqələrinin İşinin təşkili baş idarəsinin rəisi Şahin Ələsgərov, İranı isə bu ölkənin Astara Gömrük İdarəsinin rəisi Rəsul Omidinin rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.

Görüşdə Azərbaycan və İran gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin qarşılıqlı əməkdaşlığının genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyi bildirilib.

Tərəflər arasında keçirilən əvvəlki görüşlərdə müzakirə edilən məsələlərə baxılıb, eyni zamanda gömrük-sərhəd keçid məntəqələrinin fəaliyyəti, nəqliyyat vasitələrinin və sərnişinlərin sərhədkeçmə prosesinin daha sürətlə və maneəsiz həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, bu, Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında son iki həftə ərzində baş tutan üçüncü görüşüdür. Bundan öncə tərəflər Azərbaycanın Astara gömrük-sərhəd keçid məntəqəsində və İranın Biləsuvar gömrük-keçid məntəqəsində bir araya gəliblər.

Son xəbərlər

Orphus sistemi