Azərbaycan və Gürcüstanın 6 aylıq ticarət dövriyyəsinin dəyəri açıqlanıb

Biznes
  • 24 iyul, 2024
  • 07:23
Azərbaycan və Gürcüstanın 6 aylıq ticarət dövriyyəsinin dəyəri açıqlanıb

Bu ilin I yarısında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 597,811 milyon ABŞ dolları təşkil edib.

“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,6 % azdır.

Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,8 % təşkil edib.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 23,3 % azalaraq 318,197 milyon ABŞ dolları (ümumi ixracın 11,9 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 12,5 % azalaraq 279,613 milyon ABŞ dolları (ümumi idxalın 3,7 %-i) olub.

Yanvar-iyun aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 1,8 % azalaraq 10 milyard 319,413 milyon ABŞ dollarına düşüb. O cümlədən, ixracın dəyəri 6,7 % azalaraq 2 milyard 847,627 milyon ABŞ dolları, idxalın dəyəri isə 0,2 % artaraq 7 milyard 471,786 milyon ABŞ dolları olub.