Azərbaycan və EBRD yeni investisiya layihələrini müzakirə edib

Azərbaycan və EBRD yeni investisiya layihələrini müzakirə edib "Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə birgə həyata keçirilən layihələr ölkəmizdə qabaqcıl təcrübənin tətbiq edilməsi, iqtisadi şaxələndirmənin təşviq olunması baxımından əhəmiyyətlidir".
Biznes
21 Sentyabr , 2021 12:40
Azərbaycan və EBRD yeni investisiya layihələrini müzakirə edib

"Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə birgə həyata keçirilən layihələr ölkəmizdə qabaqcıl təcrübənin tətbiq edilməsi, iqtisadi şaxələndirmənin təşviq olunması baxımından əhəmiyyətlidir".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"EBRD-in Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone və Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansenlə Gəncə “Yaşıl Şəhər Proqramı”nın icrasını və digər şəhərlərimizdə tətbiqi imkanlarını, yeni investisiya layihələrini, azad olunmuş ərazilərimizin potensialının reallaşdırılmasında Bankın iştirakını müzakirə etdik", - o deyib.

Son xəbərlər

Orphus sistemi